Sankt-Peterburqda Hərbi-Dəniz Akademiyasında baş verən yanğın lokallaşdırılıb - YENİLƏNİB

Sankt-Peterburqda Hərbi-Dəniz Akademiyasında baş verən yanğın lokallaşdırılıb - <span style="color: red;">YENİLƏNİB
# 20 yanvar 2018 03:08 (UTC +04:00)

Sankt-Peterburqda Hərbi-Dəniz Akademiyasında baş verən yanğın lokallaşdırılıb.

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, bu barədə bu barədə Rusiya Müdafiə Nazirliyinin informasiya və kütləvi kommunikasiya Departamenti məlumat yayıb.

“Yanğın nəticəsində zərərçəkən olmayıb. Təxliyə tədbirləri həyata keçirilməyib. Yanğın təhsil ocağının yanğınsöndürən komandası və hadisə yerinə cəlb edilən FHN briqadaları tərəfindən lokallaşdırılıb", məlumatda deyilir.

Hazırda təhsil müəssisəsinin rəhbərliyi hüquq-mühafizə orqanları ilə birgə insidentin səbəblərini müəyyənləşdirir.

***

04:15

Sankt-Peterburqda Hərbi-Dəniz Akademiyasının binası yanır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın ümumilikdə 1000 kvadrat metr ərazini əhatə edib.

Alovun söndürülməsinə 110 yanğınsöndürən və 22 ədəd texnika cəlb olunub.

Xəsarət alanlar barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR