Rusiya Hərbi Hava Qüvvələri Suriyada hərbi əməliyyatlar başlayandan terrorçulara 90 min hava zərbəsi endirib

Rusiya Hərbi Hava Qüvvələri Suriyada hərbi əməliyyatlar başlayandan terrorçulara 90 min hava zərbəsi endirib
# 25 avqust 2017 12:23 (UTC +04:00)

Rusiya Hərbi Hava Qüvvələri Suriyada hərbi əməliyyatlar başlayandan 28 mindən çox uçuş həyata keçirib.

APA-nın “İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy bildirib.

S. Rudskoy deyib ki, Rusiya Federasiyası bu müddətdə həmin terrorçulara 90 min hava zərbəsi endirib.

Hərbi əməliyyatın nəticələrini şərh edən S. Rudskoy deyib ki, terrorçuları silah və döyüş sursatı ilə təmin edən əsas marşrutlar bloklanır: “Terror təşkilatları neft məhsullarının qanunsuz satışından maliyyə dəstəyi əldə etmək imkanlarını itiriblər”.

O vurğulayıb ki, düşmənin əsas hədəflərinin məhv edilməsi üçün hava və dənizdən atılan qanadlı raketlərdən istifadə olunub. Həmçinin ağır bombardmançılardan da istifadə edilib.

Qeyd edək ki, Rusiya Hava Qüvvələri 2015-ci ilin sentyabrında Suriyanın Latakiya şəhəri yaxınlığındakı Xmeymim aerodromunda yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR