ABŞ-da katerin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb

ABŞ-da katerin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb
# 21 iyul 2018 04:11 (UTC +04:00)

ABŞ-ın Missuri ştatında yerləşən Teybl-Rok gölündə gəzinti katerinin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəzaya səbəb göldə tüğyan edən güclü qasırğa olub.

Məlumata görə, 7 nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Bundan əvvəl qayıqda uşaqlar da daxil olmaqla, ümumilikdə, 31 nəfərin olduğu bildirilib. Qasırğa zamanı küləyin sürəti saatda 100 km təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR