“Kliniki Tibbi Mərkəzdə 1000 kv.m-i əhatə edən təcili tibbi yardım şöbəsi yaradılır. Eyni zamanda, ÜST və TƏBİB-in əməkdaşlığı nəticəsində respublika üzrə 14 təlim mərkəzi yaradılıb”.
APA-nın məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Əkbərov bildirib. O qeyd edib ki, burada həm təcili yardım həkimləri, həm də təcili tibbi yardım stansiyaları üçün xidmətin təşkili ilə bağlı təlimlər keçirilir: “Yaxın vaxtlarda KTM-də də ÜST-lə birlikdə təcili tibbi yardımla bağlı təlim mərkəzinin yaradılması nəzərdə tutulub. Türkiyənin müxtəlif institutları ilə birgə ilkin tibbi xidmətin göstərilməsi üzrə həm həkimlərə, həm də orta tibb personalına mütəmadi təlimlər keçirilib”.