MDB-dən olan müşahidəçilər 81 saylı Beyləqan Seçki Dairəsinin tərkibində olan məntəqələrdə müşahidə aparır.
Müşahidəçi Marina Jenistova APA-ya açıqlamasında bildirib ki, seçkilər yüksək səviyyədə təşkil olunub: “Seçkilər çox yaxşı, sakit şəkildə keçirilir. İnsanlar seçkilərdə iştirakdan məmnundurlar”.
Qeyd edək ki, 81 saylı Beyləqan DSK-nın tərkibində 45 məntəqə var. Məntəqələrdən 6-sı N saylı hərbi hissələrdə yaradılıb.
Dairə üzrə ümumilikdə 43330 seçicinin səsvermədə iştirakı gözlənilir.