Mingəçevirdə mənzildə 71 yaşlı kişinin meyiti tapılıb

Mingəçevirdə mənzildə 71 yaşlı kişinin meyiti tapılıb
# 02 fevral 2018 13:55 (UTC +04:00)

Mingəçevir şəhərində mənzildə meyit tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumatdan sonra yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunub.

Onlar mənzilin qapısını açıblar və orada aşkarlanan 1947-ci il təvəllüdlü Babayev Qabil Ətixanpaşa oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR