“Unibank” daha bir unikal kartını təqdim edib

“Unibank” daha bir unikal kartını təqdim edib
# 23 iyul 2015 09:25 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Albalı Plus” debet kartı istifadəçilərinə dünyanın hər bir nöqtəsində POS terminal olan mağazada alış-veriş etmək və ya onlayn şəkildə daha rahat və daha təhlükəsiz ödəniş etmək imkanını yaradır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kredit, taksit, debet və depozit imkanlarını özündə birləşdirən “Albalı Plus” kartından fərqli olaraq, yeni “Albalı Plus” debet kartı sırf debet və depozit imkanlarının genişləndirilməsinə xidmət edir.

“Albalı Plus” debet kartında nağdlaşdırma pulsuzdur:

- İndi “Albalı Plus” debet kartına sahib olmaq çox sərfəlidir. Bu karta sahib olan hər kəs kartdan şəxsi vəsaitini “Unibank” bankomatlarından heç bir faiz ödəmədən nağdlaşdıra biləcək. Çünki “Albalı Plus” debet kartı üzrə nağdlaşdırma komissiyası 0% təşkil edir.

“Albalı Plus” debet kartı həm də unikal depozit imkanlı kartdır:

- “Albalı Plus” debet kartına sahib olan hər kəs kartın sərfəli debet imkanlarından istifadə ilə yanaşı, həm də illik əlverişli gəlir əldə edə biləcək. Çünki bu kart istifadəçilərinə geniş depozit imkanları təqdim edir. Kartda olan vəsaitinizi istədiyinizdə nağdlaşdıra, istədiyinizdə isə depozit kimi saxlayıb əlavə gəlir qazana bilərsiniz. Kartda AZN valyutasında vəsait saxlayan müştərilər reytinqindən asılı olaraq, illik 6%-dək gəlir əldə edəcəklər.

“Albalı Plus” debet kartı – hər iki beynəlxalq ödəniş sisteminə malikdir:

- “Albalı Plus” debet kartını sahib olmaq istəyənlər artıq rahat şəkildə kartlarının hansı bəynəlxalq ödəniş sisteminə aid olmasını özləri seçə biləcəklər. Beynəlxalq statusa malik olan “Albalı Plus” debet kartını həm Visa, həm də MasterCard ödəniş sistemində sifariş etmək mümkündür.

“Albalı Plus” debet kartına sahib olmaq çox asandır. Bunun üçün işdən arayış almağa ehtiyac yoxdur, sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən “Unibank” filialına müraciət edə bilərsiniz.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, unibank.az və albali.az saytlarından və yaxud bankın “facebook” və “twitter” səhifələrindən www.facebook.com/unibank.azhttps://twitter.com/unibank əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR