Həbsdə olan baş redaktorun pul tələb etdiyi vəzifəli şəxslərin siyahısı məlum olub

Həbsdə olan baş redaktorun pul tələb etdiyi vəzifəli şəxslərin siyahısı məlum olub
# 01 mart 2019 14:32 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “Realliq.info” saytının baş redaktoru İkram Rəhimovun cinayət işi üzrə məhkəmə başlayır. İşə hakim Əlövsət Abbasovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclası martın 12-nə təyin edilib.

ONA cinayət işi üzrə zərərçəkmiş şəxslərin adlarını əldə edib. Onların hamısı hazırda müəyyən vəzifələrdə çalışırlar. Həmin şəxslər - Hirkan Milli Parkının direktoru Azər Mirzəyev, Gəncə Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, 5 saylı Ərazi Ekologiya va Təbii Sərvətlər Şöbəsinin müdiri Rafik Ədilov və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyevdir.

Cinayət işi üzrə zərərçəkən qismində tanınan daha iki nəfər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşıdır.

Qeyd edək ki, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb. Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

İ.Rəhimov ötən il oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə təqsirləndirilən şəxs qismində tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR