İosif Şaqal: “İsraildə yaşayan Azərbaycan yəhudiləri hər zaman Azərbaycan dövlətini dəstəkləyiblər”

İosif Şaqal: “İsraildə yaşayan Azərbaycan yəhudiləri hər zaman Azərbaycan dövlətini dəstəkləyiblər”
# 05 iyul 2011 15:05 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Dünya Azərbaycanlılarının III Qurultayında çıxışı zamanı İsrail Knessetinin sabiq deputatı, əslən Bakıdan olan İosif Şaqal deyib.

İ. Şaqal çıxışında Azərbaycan prezidenti tərəfindən təltif olunmasını gözlənilməz adlandırıb. İsraildə yaşayan Azərbaycan yəhudilərinin hər zaman Azərbaycan dövlətini dəstəklədiklərini söyləyən keçmiş deputat bundan sonra da fəaliyyətində rəsmi Bakının siyasətini dəstəkləyəcəyini vurğulayıb.

Bakıda keçirdiyi uşaqlıq və gənclik illərindən danışan Şaqal bu gün onun iki vətəninin olduğunu deyib: “Mənim iki vətənim var - İsrail və Azərbaycan. Mən Bakıdakı gənclik illərimi unuda bilmirəm. Baxmayaraq ki, indi İsrail vətəndaşıyam. Mən atamı Azərbaycan, anamı isə İsrail torpağına tapşırdım. İki yerə bölünmüşəm».

İ. Şaqal ən böyük arzularından birinin İsraildə anadan olmuş nəvələrini Azərbaycana gətirmək olduğunu da qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR