Yardımlıda dolu və leysanın yaratdığı fəsadlar aradan qaldırılıb

Yardımlıda dolu və leysanın yaratdığı fəsadlar aradan qaldırılıb
# 10 iyun 2016 10:35 (UTC +04:00)

Yardımlı. Ağəddin Babayev - APA. Srağagün axşam saatlarında dolu və güclü leysan yağışlarının Yardımlı rayonunda törətdiyi fəsadlar aradan qaldırılıb.

Bu barədə APA-nın cənub bürosuna rayonun icra strukturlarından məlumat verilib.

Məlumata görə, Yardımlıya düşən dolu, ardınca da yağan güclü leysan yağışları nəticəsində rayonun yol infrastrukturuna, kənd təsərrüfatına ciddi ziyan dəyib. Hektarlarla taxıl zəmisi, ot sahəsi yararsız vəziyyətə düşüb, lil-palçıq qatının yollara dolması gediş-gəlişi məhdudlaşdırıb, Masallı-Yardımlı şosesində də nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaşanıb, 10-dan çox yaşayış məntəqəsi işıqsız qalıb.

Rayon yol tikinti-istismar sahəsinin və digər müvafiq qurumların birgə səyləri ilə təbii fəlakətin nəticələri operativ qaydada aradan qaldırılıb, yol və işıq problemi həllini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR