Mayda DSMF 600-dən çox əcnəbiyə fərdi şəxsi hesab açıb

Mayda DSMF 600-dən çox əcnəbiyə fərdi şəxsi hesab açıb
# 10 iyun 2016 12:32 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən daha 634 nəfər əcnəbiyə fərdi şəxsi hesab açılıb.


Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, bununla da qeydiyyatda olan xarici vətəndaşların sayı 30 628 nəfərə çatıb. Onlardan 26 972 nəfəri (88,1%) kişilərdən, 3 656 nəfəri (11,9%) qadınlardan ibarətdir.

Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilər ümumilikdə 120 ölkəni təmsil edirlər. Onların arasında Türkiyə (14 428 nəfər), Gürcüstan (3 132 nəfər) Rusiya (1 803) vətəndaşları daha çoxdur.

Sistemdə qeydiyyatda olan əcnəbilərin sayına görə sonrakı yerlər Hindistan (1 285), İran (1 016), Çin (891), Banqladeş (695), Böyük Britaniya və Şimali İrlandiya (622), Pakistan (579), Ukrayna (509), Filippin (274), ABŞ (270), Almaniya (264), Qazaxıstan (236), Türkmənistan (225), İtaliya (208) və s. ölkələrin vətəndaşlarına aiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR