Oktyabrda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin e-xidmətlərindən 350 min dəfədən çox istifadə olunub

Oktyabrda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin e-xidmətlərindən 350 min dəfədən çox istifadə olunub
# 12 noyabr 2015 07:30 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) elektron xidmətlərinin istifadə statistikasına görə dövlət qurumları arasında növbəti dəfə ilk pillədə olub.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, oktyabr ayında “Elektron hökumət” portalı üzərindən RYTN-in e-xidmətlərindən 353 834 dəfə istifadə edilib.

Portal istifadəçiləri ən çox nazirliyin 6 e-xidmətinə müraciət edib. Bu xidmətlərə “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi”, “Telefon nömrəsi üzrə axtarış”, “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların IMEI kodunun yoxlanılması”, “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” və “Elektron ödənişlər” daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR