Nazim İbrahimov: “Hər hadisəni millətlərarası münasibət kimi təqdim etmək düzgün deyil”

Nazim İbrahimov: “Hər hadisəni millətlərarası münasibət kimi təqdim etmək düzgün deyil”
# 05 iyul 2012 08:46 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Rusiyanın Yaroslavl vilayətində üç Azərbaycan vətəndaşının yaralanması ilə nəticələnən insidentlə bağlı məsələ diqqətimizdədir. Fikrimcə, baş verən hər hadisənin mahiyyətini öyrənib, bundan sonra geniş ictimaiyyətə çatdırmaq lazımdır. Hər hadisəni millətlərarası münasibət kimi təqdim etmək düzgün deyil”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

Rusiyanın Yaroslavl vilayətində 3 Azərbaycan vətəndaşının yaralanması ilə nəticələnən insidentə münasibət bildirən N. İbrahimov bəyan edib ki, Rusiya böyük ərazisi olan ölkədir və burada 2,5 milyondan çox azərbaycanlı yaşayır: “Məlumatlara görə, hətta Moskvada ətrafı ilə birlikdə 1 milyondan artıq azərbaycanlı yaşayır. Yəni Rusiyanın şəhər və regionlarında baş verən hadisələrdə azərbaycanlılar da ola bilər. Əlbəttə, baş verənlər bizin məyus edir”.

Komitə sədri mətbuatı diqqətli olmağa çağırıb: “Mətbuat vasitələri dünyada azərbaycanlılara aid olan məsələlərin ictimaiyyətə çatdırılmasında diqqətli olmalıdır, hadisələrin mahiyyətini bildikdən sonra yazmalıdır. Çünki Azərbaycan ictimaiyyəti diasporada baş verən hadisələrə çox diqqətlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR