Göyçayda tələbə qız intihara cəhd edib

Göyçayda tələbə qız intihara cəhd edib
# 25 avqust 2016 20:01 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda intihara cəhd hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Hacalıkənd kəndində qeydə alınıb. Kənd sakini 1998-ci il təvəllüdlü Həmidova Nuranə Şahin qızı yaşadığı evdə sirkə turşusu içərək intihara cəhd edib. O, ağır vəziyyətdə Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının ikinci kurs tələbəsi olan Nuranə Həmidovanın özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR