Türkiyə və İran XİN başçıları arasında telefon danışığı baş tutub

Türkiyə və İran XİN başçıları arasında telefon danışığı baş tutub
# 30 iyun 2024 20:46 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə diplomatik mənbələr bildirib.

Danışıq zamanı Qəzzada son vəziyyət müzakirə olunub, müharibənin bütün bölgəyə yayılma riski qiymətləndirilib.

Nazir Fidan Livanda gərginliyin artmasının da İraq və Suriyaya mənfi təsir göstərəcəyini vurğulayıb.

Bundan əlavə, tərəflər terrorizmlə mübarizə, iqtisadiyyat və nəqliyyat sahələrində ikitərəfli məsələləri də müzakirə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR