Azərbaycanın xarici işlər naziri Pakistan Senatının nümayəndə heyətini qəbul edib

Azərbaycanın xarici işlər naziri Pakistan Senatının nümayəndə heyətini qəbul edib
# 10 oktyabr 2013 15:06 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Pakistan Senatının üzvü, Senatın müdafiə və müdafiə sənayesi komitəsinin sədri Müşahid Hüseynin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Pakistan nümayəndə heyəti başçısı ölkəmizdə keçirilən prezident seçkiləri ilə bağlı heç bir problemlə qarşılaşmadıqlarını, yaradılmış şərait və bütünlüklə prosesdən razı qaldıqlarını diqqətə çatdırıb.

Görüşdə zamanı Azərbaycanla Pakistan arasında münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub.

E.Məmmədyarov qarşı tərəfə Azərbaycanın BMT TŞ-də sədrliyi dövründə fəaliyyəti haqqında da məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR