Ötən il İranda 585 nəfər edam edilib

Ötən il İranda 585 nəfər edam edilib
# 14 yanvar 2014 12:02 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Qərbi Azərbaycan vilayətində 6 nəfər edam edilib.

APA-nın məlumatına görə, Urmiya və Səlmas şəhərlərində dara çəkilən məhbusların nədə günahlandırıldıqları açıqlanmayıb. Onların ad və soyadları da açıqlanıb. Bunlar Əmir Hacəlilu, Muxtar Xəlili, Əlirza Yaqubi, Əhməd Şəfiqxani, Həsən Hüseyni və Cələbani soyadlı məhbusdur.

Xəbərdə bildirilir ki, Ə.Hacəlilu ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmayıb. Ancaq M.Xəlilinin 7 il, Ə.Yaqubinin 8 il və Ə.Şəfiqxaninin 4 il həbsdə yatdığı, hətta sonuncusunun 19 yaşında tutulduğu məlumdur. Bunlar Urmiya şəhərinin mərkəzi həbsxanasında edam ediliblər. Səlmas şəhərinin həbsxanasında dara çəkilən H.Hüseyni 8 il və Cələbani soyadlı məhbus isə 7 il həbs həyatı yaşayıb.

Bundan əlavə, İranın Kohgiluyə və Boyer Əhməd vilayətində bir nəfə edam edilib. Məhbus narkotik maddələrin qaçaqmalçılığında ittiham edilərək Yəsuc şəhərinin həbsxanasında dara çəkilib. Onun ad və soyadı açıqlanmayıb. Sadəcə, 45 yaşlı məhbusun üç il əvvəl Dona rayonunun mərkəzi Sisəxt şəhərində həbs edildiyi bildirilir.

Eyni zamanda İranın Mazandaran vilayətində 2 nəfər edam edilib. Məhbuslar qətldə günahlandırılaraq Sari şəhərinin həbsxanasında dara çəkiliblər. Onların ad və soyadları açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib.

Qeyd edək ki, 2013-cü ildə İranda 585 nəfərin edam edildiyi açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR