AMEA prezidenti: “AMEA-nın xarici ölkələrdə elmi diasporu var”

AMEA prezidenti: “AMEA-nın xarici ölkələrdə elmi diasporu var”
# 28 fevral 2014 09:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) xarici ölkələrdə elmi diasporu var”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə 1988-ci ilin fevralında Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlara həsr olunmuş “Sumqayıt, 1988. Cinayət və cəza” kitabının təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, görülən işlərlə kifayətlənmək lazım deyil, xaricdə işləyən azərbaycanlı alimlər və diaspor təşkilatları ilə daha sıx əməkdaşlıq edilməlidir: “Bununla hadisənin mahiyyətini, düzgün faktları onların vasitəsilə çatdırmaq lazımdır. Bu gün dövlət xətti ilə xaricdə təhsil almağa göndərilən çoxsaylı tələbələr var. Onların, xaricdə fəaliyyət göstərən səfirliklərin imkanlarından istifadə edib həqiqətləri dünyaya yaymalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR