Kür çayı üzərindən inşa olunan yeni körpü bu il istifadəyə veriləcək - FOTO

Kür çayı üzərindən inşa olunan yeni körpü bu il istifadəyə veriləcək - <span style="color: red;">FOTO
# 01 noyabr 2013 07:21 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 8-ci km-də, Kür çayı üzərindən mövcud körpünün sağ tərəfində yeni müasir tipli körpü inşa olunur. Körpü dörd dayaqdan və üç aşırımdan ibarətdir.

«Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin «APA-Economics»ə verdiyi məlumata görə, körpünün uzunluğu 304 metr, eni isə 14,75 metrdir.

Onun sözlərinə görə, körpünün ikinci və üçüncü aşırımlarının döşəmə hissəsi və yan divarları betonlanıb, tezliklə üçüncü aşırımın üst hissəsinin betonlanması gözlənilir.

«Birinci aşırımın içərisi qəliblənib. Yan divarlar və döşəmə hissəsinin betonlanması işləri bitib. Körpünün giriş hissəsində yanaşma yolu tikilib, asfaltın çəkilməsi üçün hazırlıq işləri gedir. Həmçinin, çıxış hissəsində torpaq dolğu işləri gedir», - deyə P.Mürsəliyev bildirib.

Qeyd edək ki, körpü ən böyük yükə və 8-9 bal gücündə zəlzələyə hesablanıb.

Tikinti işlərinin bu ilin sonunda başa çatdırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR