AYB-də Cüzeppe Verdi Konservatoriyasının professoru tərəfindən hazırlanmış kitabın təqdimatı keçirilib - FOTO

AYB-də Cüzeppe Verdi Konservatoriyasının professoru tərəfindən hazırlanmış kitabın təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 13 fevral 2014 13:34 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Yazıçılar Birliyində (AYB) Milan şəhərində Cüzeppe Verdi Konservatoriyasının professoru Davide Qualtleri tərəfindən hazırlanmış Azərbaycan şairlərinin şeirlərindən ibarət kitabın təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, kitaba daxil edilən şeirlər əsasən Qarabağ mövzusundadır. Hər şeir Azərbaycan dilində olduğu kimi çap edilib, italyan dilinə tərcüməsi verilib. Şeirlərin bir çoxuna italyan bəstəkarları tərəfindən musiqi bəstələnib.

Təqdimat mərasimində çıxış edən AYB-nin katibi Rəşad Məcid bildirib ki, kitab Milan təqdim olunub və italyan oxucular tərəfindən maraqla qarşılanıb. O, qeyd edib ki, azərbaycanlı müəlliflərin əsərlərindən ibarət kitabların xaricdə çapı gələcəkdə də davam edəcək.

AYB-nin sədri, xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca, xalq yazıçısı Mövlud Süleymanlı, şair Qulu Ağsəs və başqaları kitabın nəşr olunmasını çağdaş Azərbaycan poeziyasının növbəti uğurlarından biri kimi dəyərləndiriblər.

Qeyd edək ki, kitabda Qulu Ağsəsin, Əjdər Olun, Qismətin, Fikrət Qocanın və başqalarının şeirləri yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR