Prokurorluq orqanlarında yeni təyinat olub

Prokurorluq orqanlarında yeni təyinat olub
# 21 may 2014 07:13 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərlə Baş Prokurorluğun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, üçüncü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tutduğu vəzifədən azad olunaraq Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi, Baş Prokurorluğun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Ramil Məcidov isə həmin idarənin rəisi vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin sabiq rəisi Əzizağa Həsənov bu ilin yanvar ayında vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR