AMEA Tarix İnstitutunda Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd olunub

AMEA Tarix İnstitutunda Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd olunub
# 07 may 2014 08:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutu Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunan tədbir keçirib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, institut Heydər Əliyev irsinin araşdırılmasına hər zaman xüsusi diqqət göstərir.

Onun sözlərinə görə, bu məqsədlə 2011-ci ildə institutda yeni struktur islahatları həyata keçirilib və “Əliyevşünaslıq” şöbəsi yaradılıb: “Bu müddət ərzində institutda Heydər Əliyevin xalqına həsr olunmuş çox zəngin ömür yolu, siyasi fəaliyyətinin müxtəlif aspektləri, ən əsası 1969-2003-cü illərdəki daxili və xarici siyasəti araşdırılıb, müxtəlif elmi əsərlər yazılaraq nəşr edilib. Bundan əlavə, müxtəlif monoqrafiyalar, çoxsaylı elmi məqalələr, sənədlər və materiallar toplusu çap olunub”.

İclasın davamında Heydər Əliyevə həsr olunmuş “Dahi azərbaycanlı” adlı film nümayiş etdirilib, daha sonra Heydər Əliyev irsini araşdıran gənc tədqiqatçılardan Leyla Hüseynovann tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri (müstəqillik dövrü)” adlı dissertasiyanın müdafiəsi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR