TQDK XI sinif dərsliklərinin monitorinq nəticələrini Təhsil Nazirliyinə təqdim edəcək

TQDK XI sinif dərsliklərinin monitorinq nəticələrini Təhsil Nazirliyinə təqdim edəcək
# 14 aprel 2014 09:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Hazırda Tələbə üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərdə tədris edilən XI sinif dərsliklərinin monitorinqi aparır.

TQDK-nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva APA-ya açıqlamasında deyib ki, növbəti tədris ilində Təhsil Nazirliyi tərəfindən XI sinif dərsliyinin tam tirajla nəşri nəzərdə tutulur.

Onun sözlərinə görə, bunu nəzərə alan TQDK yaxın vaxtlarda XI sinif dərsliklərinin monitorinqini yekunlaşdırıb qeydlər Təhsil Nazirliyinə təqdim ediləcək ki, növbəti tirajda onlar nəzərə alsınlar: “Çünki həmin dərsliklər 4 il ərzində qüvvədə olacaq. Yaxın vaxtlarda XI sinif dərslikləri ilə bağlı aparılan monitorinqlər yekunlaşacaq və qeydlər Təhsil Nazirliyinə göndəriləcək. Biz xahiş edəcəyik ki, monitorinqlər nəticəsində açıqlanacaq həmin irad və qeydlər nəzərə alınsın”.

TQDK rəsmisi qeyd edib ki, hazırda dərsliklərin monitorinqi zamanı Təhsil Nazirliyi ilə sıx əlaqədə işlənilir. Onun fikrincə, ötən il Təhsil Nazirliyi ilə birgə işlənilən Dərslik Portalı layihəsi özünü doğruldub: “Hazırda portala 45 mindən çox baxış var, 600 nəfərdən çox qeydiyyatdan keçib. Gün ərzində müxtəlif müzakirələr gedir. TQDK-ya mütəmadi olaraq müəlliflərlə bağlı məlumatlar daxil olur və bazada siyahı yenilənir. Komissiyanın bazasında yeni tədris proqramın kurrikulum əsasında hazırlanan dərsliklərin müəllifləri ilə bağlı bütün məlumatlar toplanıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR