Bakıda keçiriləcək III Beynəlxalq Sərgi-Yarmarkasında 25 ölkədən 40 təşkilat iştirak edəcək - VİDEO - FOTO

Bakıda keçiriləcək III Beynəlxalq Sərgi-Yarmarkasında 25 ölkədən 40 təşkilat iştirak edəcək - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTO
# 20 sentyabr 2013 10:54 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Bu gün Azərbaycan Milli Kitabxanasında 23-25 sentyabr tarixlərində keçiriləcək III Bakı Beynəlxalq Sərgi-Yarmarkasına həsr olunan mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb. Nazir qeyd edib ki, son illərdə kitab sərgilərinin keçirilməsi ənənə halını alıb: “Biz uzun fasilədən sonra nəhayət 2009-cu ildə sərgi-yarmarkanın keçirilməyinə nail olduq. Bu, nəşriyyatların geniş və səmərəli fəaliyyət göstərməyinə şərait yaratmaqla bərabər, oxucu auditoriyasının genişlənməyinə də səbəb olacaq. Builki sərgi-yarmarka açıq havada keçiriləcək və stendlər bütün nəşriyyatlara təmənnasız veriləcək”.

Əbülfəs Qarayevin sözlərinə görə, III Bakı Beynəlxalq Sərgi-Yarmarkasında 25 ölkədən 40 təşkilat iştirak edəcək. Üç gün ərzində nəşriyyatlar öz çap məhsullarını təqdim etmək imkanı qazanacaqlar. Nazir əlavə edib ki, Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi münasibəti ilə bağlı tədbirlərin, eləcə də Avropa Milli Kitabxanaları Konfransının XXVII illik iclasının və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq Təşkilatının XV iclası da sərgi-yarmarkanın keçirildiyi günlərə təsadüf edir: “Biz qonaqlara yüksək səviyyədə poliqrafiya işləri təqdim etməliyik. 65 ölkənin kitabxana rəhbərləri ölkəmizə gələcək. Bu o deməkdir ki, Azərbaycan hökuməti həyata keçirdiyi mədəniyyətlərarası dialoq siyasətinin tələblərinə tam cavab verir”.

Mətbuat konfransında kitab sərgi-yarmarkasının fəaliyyətini işıqlandıran www.bakubookfair.com domenli rəsmi veb səhifəsinin təqdimat mərasimi keçirilib. Sayt Azərbaycanın kitab sənəti sahəsində seçilən, ixtisaslaşan, sırf kitablarla, nəşr sənəti ilə bağlıdır. Sayt üç dildə fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR