Zakir Qaralov Çin Baş prokurorluğunun idarə rəisinə mükafat təqdim edib

Zakir Qaralov Çin Baş prokurorluğunun idarə rəisinə mükafat təqdim edib
# 30 iyun 2014 13:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının baş katibi, Çin Xalq Respublikası Baş prokurorluğunun idarə rəisi Ye Fenq Azərbaycanın “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif edilib.

APA-nın məlumatına görə, bu mükafatı Y.Fenqə “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” adlı beynəlxalq konfrans çərçivəsində keçirilən görüşdə Azərbaycanın baş prokuroru Zakir Qaralov təqdim edib.

Z.Qaralov bildirib ki, Y.Fenq bu mükafata Azərbaycanla Çin prokurorluq orqanları arasında münasibətlərin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Baş prokuror qeyd edib ki, Azərbaycan və Çinin Baş prokurorluqları arasında münasibətlər 20 ilə yaxındır davam edir.

Tədbirdə iştirak edən ədliyyə naziri Fikrət Məmmədov isə Azərbaycan və Çin arasında hüquqi sahədə əməkdalığın inkişafına nail olunduğunu diqqətə çatdırıb.

F.Məmmədov Y.Fenqə Ədliyyə Nazirliyinin fəxri fərmanını təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR