Kiyev-Xarkov dəmir yolunda partlayış törətməyi planlaşdıran şəxslər saxlanılıb

Kiyev-Xarkov dəmir yolunda partlayış törətməyi planlaşdıran şəxslər saxlanılıb
# 01 iyul 2014 04:25 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, bu barədə qurumun mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata əsasən, cinayətkarlar partlayıcı qurğunu dəmiryolunda quraşdırarkən saxlanılıb. “Onlardan 0,5 kq trotil, elektrik detonatorlar götürülüb. Saxlanılan şəxslərin evlərinə baxış zamanı 1,5 kq-dan çox trotil, odlu silah və sursat aşkarlanaraq götürülüb”, deyə məlumatda qeyd olunur.

Qrupun təşkilatçısı Xarkov şəhərinin 45 yaşlı sakinidir. Faktla bağlı cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR