İstanbulda Taksim meydanına giriş məhdudlaşdırılıb, Gezi Parkında isə təmizlik işləri başlanıb - FOTO

İstanbulda Taksim meydanına giriş məhdudlaşdırılıb, Gezi Parkında isə təmizlik işləri başlanıb - <span style="color: red;">FOTO
# 16 iyun 2013 11:06 (UTC +04:00)

APA-nın Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbər görə, parkdakı çadırları yığışdıran bələdiyyə işçiləri daha sonra ərazini yuyublar.

Ərazidəki işıq dirəkləri bərpa edilib, aksiya iştirakçılarının parka gətirdikləri əşyalar burdan daşınıb.


Agentliyin yazdığına görə, artıq ərazidə aksiya iştirakçısı qalmayıb.


İstanbul Böyükşəhər Bələdiyyəsi bölgədə növbə çəkən polislərə və təmizlik işi aparan bələddiyyə işçilərinə yemək paylayıb.

Qeyd edək ki, ötən gecə İstanbulun Taksim meydanındakı Gezi Parkında etiraz aksiyası keçirənlərə polis müdaxilə edib.

Polisin aksiyaçılara parkı tərk etməklə bağlı çağırışı etirazla qarşılanıb və toqquşmalar olub. Lakin polis etirazçılara müdaxilə edib və ərazini boşaldıb.

İstanbul Valiliyinin açıqlamasına görə, parka müdaxilə zamanı iki polis və bir mülki şəxs yaralı olaraq xəstəxanaya yerləşdirilib, digər şəxslərə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Türkiyə KİV-nin yazdığına görə, hazırda İstanbulun Hərbiyyə səmtində polislə kiçik etirazçı qrupları arasında toqquşmalar baş verir. Digər ərazilərdə isə sakitlikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR