Tacikistan İran bankına qarşı tətbiq etdiyi sanksiyanı ləğv edib

Tacikistan İran bankına qarşı tətbiq etdiyi sanksiyanı ləğv edib
# 29 noyabr 2013 09:49 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Tacikistan hökuməti İran bankına qarşı tətbiq etdiyi sanksiyanı ləğv edib.

APA-nın İRNA-ya istinadən məlumatına görə, bu barədə Tacikistan Milli Bankının mətbuat xidmətindən “Kont İnvestment” Bankına məlumat daxil olub.

Sənəddə İran bankının fəaliyyətinə qoyulmuş məhdudiyyətin aradan qaldırıldığı bildirilib. Eyni zamanda bu addımın İranla “altılıq” ölkələri arasında nüvə məsələsində razılığın əldə olunması münasibətilə atıldığı qeyd edilib.

Qeyd edək ki, ABŞ-ın Tacikistandakı səfirliyi İranın “Kont İnvestment” Bankının fəaliyyətinin məhdudlaşdırılması üçün bu ölkənin Xarici İşlər Nazirliyinə məktub göndərib. Tacikistan Milli Bankı da bu ilin martında ölkənin digər banklarından İranın “Kont İnvestment” Bankı ilə əməkdaşlığı kəsməyi istəyib. Eyni zamanda Avropa Birliyi bu ilin yanvarında İran bankı ilə əməkdaşlıq etdiyinə görə Tacikistanın “Asian Expres Airline” nəqliyyat və yükdaşıma şirkətinə sanksiya tətbiq edib. Bunun ardınca ABŞ Maliyyə Nazirliyi də İranın “Kont İnvestment” Bankını “qara siyahısı”na salıb. İran bankı Tacikistan maliyyə bazarında təxminən 100 milyon dollar (500 milyon somoni) kapitala malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR