Azərbaycan Almaniyada keçirilən beynəlxalq kinofestivalda təmsil olunacaq

Azərbaycan Almaniyada keçirilən beynəlxalq kinofestivalda təmsil olunacaq
# 02 oktyabr 2013 09:41 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Şamil Əliyevin “Çölçü” filmi oktyabrın 30-dan noyabrın 10-dək Almaniyada keçirilən Mannheim-Heidelberg beynəlxalq kinofestivalında Azərbaycanı təmsil edəcək. “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları rol alıblar.

“Çölçü” bədii filmi indiyədək “Didor” V Beynəlxalq kinofestivalı (Düşənbə), MDB ölkələrinin, Latviya, Litva və Estoniyanın “Kinoşok” XXI açıq kino festivalı (Anapa, Rusiya), “Avrasiya” VIII Beynəlxalq kinofestivalı (Almatı), “Qaranlıq gecələr” XVI Beynəlxalq film festivalı (Tallin), 35-ci Qahirə Beynəlxalq film festivalı, “Qızıl pəhləvan” XXII Beynəlxalq kinofestivalı (Xabarovsk, Rusiya), XXIV Beynəlxalq kinofestivalı (Ankara) və 13-cü Tbilisi Beynəlxalq film festivalı, XXII Beynəlxalq “Qızıl Cəngavər” film festivalı, IX Kazan Beynəlxalq “Müsəlman kinosu” kinofestivallarda iştirak edib və bir sıra mükafatlara layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR