Yaponiyada avtobusun qəzaya uğraması nəticəsində 30-dan çox insan xəsarət alıb

Yaponiyada avtobusun qəzaya uğraması nəticəsində 30-dan çox insan xəsarət alıb
# 10 noyabr 2013 04:58 (UTC +04:00)

Bakı-APA. Yaponiyanın Miyadzaki prefekturasında avtobusun minik avtomobili ilə toqquşması nəticəsində azı 31 nəfər xəsarət alıb. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, insident Miyakonodzö şəhərinin yaxınlığında, sürətli magistral yolunda baş verib. Avtobusda yarışa yollanan məktəblilərdən ibarət beysbol komandası olub. Məlumata görə, toqquşma nəticəsində avtobus aşıb. Qəza nəticəsində avtobusun 29 sərnişini və avtomobildə olan 2 nəfər xəsarət alıb. Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR