Təbrizin “Traktorsazi” komandası tarixində ilk dəfə İran Kubokunun sahibi olub - VİDEO

Təbrizin “Traktorsazi” komandası tarixində ilk dəfə İran Kubokunun sahibi olub - <span style="color: red;">VİDEO
# 14 fevral 2014 17:08 (UTC +04:00)

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, Təbriz klubu tarixində ilk dəfə İran Kubokunun sahibi olub.

Fevralın 14-də İran Kubokunun finalında “Traktorsazi” Kirman şəhərinin “Mis” komandasının qonağı olub. Kirman şəhərinin “Bahünər” stadionunda baş tutan qarşılaşma Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 51-ci dəqiqədə “Traktorsazi”dən Səid Dəqiqi vurub. Bu futbolçu matçın ən yaxşı oyunçusu da seçilib.

Qeyd edək ki, “Traktorsazi” İran Kubokunun sahibi olmaqla, gələn il Asiya Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR