Azərbaycanda 24 ailənin yaşadığı binada yanğın olub

Azərbaycanda 24 ailənin yaşadığı binada yanğın olub
# 23 fevral 2014 19:47 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə fevralın 23-də saat 14.30 radələrində şəhərin Azərbaycan küçəsi, 106 ünvanında qeydə alınıb.

Yanğının söndürülməsinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Onların səyləri ilə yanğın qısa müddətdə lokallaşdırılmaqla, əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.

Yanğın nəticəsində 1000 kvadratmetrlik yaşayış binasının dam örtüyü 15 kvadratmetr sahədə yanaraq yararsız vəziyyətə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

İkin versiya kimi yanğına elektrik naqillərində qısaqapanmanın səbəb olduğu bildirilir.

Hadisənin dəqiq səbəbləri isə ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR