Vüqar Həşimov 3-cü Fəxri Xiyabanda dəfn olunacaq

Vüqar Həşimov 3-cü Fəxri Xiyabanda dəfn olunacaq
# 13 yanvar 2014 10:24 (UTC +04:00)

Gənclər və İdman Nazirliyindən apasport.az saytına verilən məlumata görə, Respublika Şahmat Mərkəzində baş tutacaq tədbir saat 11:00-da başlayacaq.

Üç saat davam edəcək vida mərasimindən sonra cənazə götürülərək, torpağa tapşırılmaq üçün 3-cü Fəxri Xiyabana aparılacaq. Bunun ardından Təzəpir məscidində ehsan veriləcək.

Qeyd edək ki, Həşimovun nəşi gecə saatlarında xüsusi reyslə Bakıya gətiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR