Rza Çalımbay: “Xəzər Lənkəran” bizim futbolçu ilə maraqlanırdı

Rza Çalımbay: “Xəzər Lənkəran” bizim futbolçu ilə maraqlanırdı
# 23 yanvar 2014 15:04 (UTC +04:00)

Bakı – APA. “Düzdü, təxminən 1 ay öncə “Xəzər Lənkəran” Florin Çernata təklif göndərmişdi. Bizim bu barədə söhbətimiz olub”. Bu sözləri apasport.az saytına Türkiyənin “Çaykur Rizəspor” klubunun baş məşqçisi Rza Çalımbay deyib.

Türkiyə mətbuatının iddiasına əsasən, “Çaykur Rizəspor”un rumıniyalı hücumameylli orta xətt oyunçusu Florin Çernat “Xəzər Lənkəran”a keçə bilər. Qeyd olunur ki, Superliqa klubunun rəhbərliyi legionerlərin sayını azaltmaq istədiyindən qeyri-stabil çıxış edən Çernatı “ağ-yaşıllar”a buraxmağa razıdır.

Çalımbay əməkdaşımızla söhbətində “ağ-yaşıllar”ın Çernata maraqlandığını təsdiqləsə də, rumın futbolçunun komandasında qalacağını bildirib: “Biz Antalya toplanışı zamanı “Xəzər Lənkəran”la yoldaşlıq görüşü keçirdik. Həmin qarşılaşmadan öncə Mustafa Dənizli Çernatla maraqlandı. Ancaq Çernat heç bir komandaya getməyəcək, heyətimizdə qalacaq. Çünki klub rəhbərliyi onu buraxmaq istəmədi”.

Qeyd edək ki, Florin Çernat ötən ilin martında Mustafa Dənizlinin rəhbərlik etdiyi “Çaykur Rizəspor”la müqavilə bağlayıb. Onda Qara dəniz təmsilçisi Türkiyənin I dəstəsində çıxış edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR