"FinansLizinq” iri məbləğdə istiqrazın yerləşdirilməsinə başlayıb

"FinansLizinq” iri məbləğdə istiqrazın yerləşdirilməsinə başlayıb
# 26 may 2014 13:29 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Bu gün “FinansLizinq” şirkəti 400 min manat məbləğində istiqrazın kütləvi təklif üsulu ilə yerləşdirilməsinə başlayıb.

Bakı Fond Birjasından (BFB) “APA-Economics”ə verilən məlumata görə, şirkətin təmin edilməmiş istiqrazları BFB-nin qeyri-kotirovka vərəqəsinə daxil edilib.

Emissiya nominal dəyəri 500 manat olan, 800 ədəd təmin edilməmiş istiqrazardan ibarətdir.

İstiqrazların tədavül müddəti 720 gün, illik faiz dərəcəsi 13%-ə bərabərdir.

İstiqrazların yerləşdirilməsinin anderrayteri "Texnika Kapital Menecment" MMC-çıxış edir.

İstiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaitlər lizinq portfelinin genişləndirilməsinə və lizinq əməliyyatlarının maliyyələşdirilməsinə yönəldiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR