Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Avrasiya İqtisadi Sammitində iştirak edir

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Avrasiya İqtisadi Sammitində iştirak edir
# 05 fevral 2014 08:36 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. İstanbulda (Türkiyə) Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XVII Avrasiya İqtisadi Sammiti işə başlayıb. Sammitdə Azərbaycandan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, «Dialoq və sülh layihəsi» olaraq qəbul edilən sammitin gündəliyində dizayn və texnologiya, müasir iqtisadiyyatın inkişafında İKT-nin və texnologiyaların rolu, o cümlədən internetin əlçatanlığına görə ölkələrarası rəqəmli fərqlilik və s. məsələlər yer alıb.

Tədbirə 50-yə yaxın ölkədən 600-dək nümayəndə qatılıb.

Sammitdə nazir Ə.Abbasovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR