Avropa Liqasında finalçılar müəyyənləşib - NƏTİCƏLƏR

Avropa Liqasında finalçılar müəyyənləşib - <span style="color: red;">NƏTİCƏLƏR
# 01 may 2014 23:07 (UTC +04:00)

Bakı-APA. Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub. APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, İspaniyanın “Sevilya” və Portuqaliyanın “Benfika” klubları finala vəsiqə qazanıblar.

İspaniya duelində meydan sahibləri səfərdə buraxdıqları 2 topun əvəzini çıxmalı idilər. 10 il əvvəl UEFA kubokunu qazanan “Valensiya” öz meydanında “Sevilya”yanın qapısından 3 top keçirib. Amma “Sevilya” əlavə edilmiş vaxtda 1 qol vuraraq “Valensiya”nın arzularının üstündən xətt çəkib. “Sevilya” rəqib meydanında vurduğu qol hesabına finala yüksəlib.

“Yuventus” isə mayın 14-də doğma şəhərində keçiriləcək həlledici qarşılaşmaya vəsiqə qazana bilməyib. Oyundan əvvəl məhz turinlilər favorit sayılsalar da, “Benfika”nın etibarlı müdafiəsi italiyalılara heç bir şans verməyib. Hətta portuqaliyalıların iki oyunçusunun 67-ci və 89-cu dəqiqələrdə qırmızı vərəqə alaraq meydandan qovulması belə “Yuventus”a kömək etməyib. “Benfika” öz meydanındakı qələbə sayəsində finala yüksəlib.

Avropa Liqası

Yarımfinal, cavab oyunları

1 may

“YUVENTUS” (İTALİYA) – “BENFİKA” (PORTUQALİYA) - 0:0

Qırmızı vərəqə: Perez, 67 ("Benfika")

Baş hakim: Mark Kalattenburq (İngiltərə)

Turin. “Yuventus” stadionu

İlk oyun – 1:2

“VALENSİYA” (İSPANİYA) – “SEVİLYA” (İSPANİYA) - 3:1

Qollar: Feghouli, 14; Beto, 26; Mathieu, 70 - M Bia

Baş hakim: Milorad Majiç (Serbiya)

Valensiya. “Mestalya” stadionu

İlk oyun – 0:2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR