İmtahan verən abituriyentlər üçün apellyasiya komissiyası yaradılıb

İmtahan verən abituriyentlər üçün apellyasiya komissiyası yaradılıb
# 12 may 2014 07:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mayın 11-də 2-ci və 3-cü ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanında abituriyentlərə təqdim olunmuş test suallarının məzmunu ilə bağlı appellyasiya komissiyası yaradılıb. Apellyasiya komissiyası mayın 12-də saat 10-dan 17-dək fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR