Venesuela prezidenti: "İstefaya dair referendum 2017-ci ildən tez keçirilməyəcək"

Venesuela prezidenti: "İstefaya dair referendum 2017-ci ildən tez keçirilməyəcək"
# 12 iyun 2016 05:44 (UTC +04:00)

Bakı-APA. Venesuela prezidenti Nikolas Maduro özünün istefasına dair referendumun 2017-ci ildən tez keçirilməyəcəyini bildirib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Maduronun 2016-cı ildə hakimiyyətdən kənarlaşdırılacağı təqdirdə vaxtından əvvəl prezident seçkilərinin keçirilməsinə lüzum yaranacaq. Ölkə başçısının istefaya göndərilməsi 2017-ci ildə baş tutacaq, onun səlahiyyətlərini isə müvəqqəti olaraq baş nazir icra edəcək.

“Burada heç bir şantaj yoxdur. Əgər referendum üçün şərtlər icra ediləcəksə, onda o gələn il keçiriləcək. Əgər şərtlər icra edilməyəcəksə, referendum da baş tutmayacaq, vəssalam”, - deyə Maduro qeyd edib.

Bundan əvvəl Venesuela müxalifəti bildirib ki, ölkənin seçki orqanları Venesuela prezidenti Nikolas Maduronun istefasına dair referendumun keçirilməsini dəstəkləyən 1,3 milyon seçicinin imzasının həqiqi olduğunu etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR