Bakıda bir neçə körpüdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda bir neçə körpüdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 21 avqust 2015 14:12 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bu gün axşam Bakı şəhərindəki bir neçə körpüdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir. Bu çərçivədə axşam saat 22:00-dan səhər saatlarınadək Babək prospekti ilə Mikayıl Əliyev və Məhəmməd Hadi küçələrinin kəsişmələrində yerləşən yol ötürücülərində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində körpülərdə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. Həmin istiqamətdə nəqliyyat vasitələri hərəkətlərinə yol ötürücülərinə daxil olmadan yan yollarla rahat və maneəsiz şəkildə davam edə biləcəklər.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR