Bank Of Baku

Bakıda bir neçə yolda rənglənmə və təmir işləri aparılacaq

Bakıda bir neçə yolda rənglənmə və təmir işləri aparılacaq
# 15 may 2019 11:23 (UTC +04:00)

Mayın 15-16-da səhər saatlarından etibarən Bakı Dairəvi-1 avtomobil yolunda və ətraf ərazilərdə nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ONA-ya verilən məlumata görə, bundan başqa Heydər Əliyev adına Beynəlxalq hava limanının yol qovşağından Mərdəkan yol qovşağına kimi yolun hər iki istiqamətində, axşam saat 22:00-dan səhər saatlarınadək isə Ceyhun bey Hacıbəyli küçəsi və Atatürk prospektinin kəsişməsində yerləşən yeraltı avtomobil tunellərində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR