Nepalda avtobusun dərəyə düşməsi nəticəsində 30 nəfər ölüb

Nepalda avtobusun dərəyə düşməsi nəticəsində 30 nəfər ölüb
# 03 noyabr 2015 17:28 (UTC +04:00)

Bakı-APA. Nepalda sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində 30 nəfər ölüb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə paytaxt Katmandu şəhərindən 32 km aralıda qeydə alınıb.

35 nəfər xəsarət alaraq xəstəxanalara çatdırılıb.

Qəzanın başvermə səbəbləri məlum deyil. Hadisə şahidləri avtobusun sərnişinlərlə dolu olduğunu, bəzilərinin avtobusun damında getdiklərini bildirib .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR