Magistratura səviyyəsi üzrə "Jurnalistika" ixtisaslaşmalarını seçmək istəyən bakalavrların qeydiyyatı başlayıb

Magistratura səviyyəsi üzrə "Jurnalistika" ixtisaslaşmalarını seçmək istəyən bakalavrların qeydiyyatı başlayıb
# 18 mart 2015 07:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda magistratura səviyyəsi üzrə "Jurnalistika" ixtisaslaşmalarını seçmək istəyən bakalavrların qeydiyyatı (sorğu anketi) başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, həmin bakalavrların qeydiyyatı prosesi martın 29-da saat 17:00-da başa çatacaq.

Qeydiyyatdan keçmək istəyənlər https://eservices.tqdk.gov.az/erizemag/jurnalistikaanket/… linkindən istifadə edə bilərlər.

“Jurnalistika” ixtisaslaşmalarını seçmək üçün qeydiyyatdan keçən bakalavrlar "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni 31 mart tarixində çap edib götürməli və vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR