Tərcümə Mərkəzi “Alo Kitab” kitab mağazası ilə əməkdaşlığa başlayıb

Tərcümə Mərkəzi “Alo Kitab” kitab mağazası ilə əməkdaşlığa başlayıb
# 08 iyun 2015 09:29 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi “Tərcümə mərkəzinin kitabları” seriyasından işıq üzü görmüş nəşrlərinin və Mərkəzin rüblük mətbu orqanı olan “Xəzər” dünya ədəbiyyatı dərgisinin onlayn satışını həyata keçirmək üçün “Alo Kitab” kitab mağazası ilə əməkdaşlığa başlayıb.

Mərkəzdən APA-ya verilən məlumata görə, “Alo kitab”ın xitmətlərindən yararlanmaqla, Mərkəzin nəşrlərini təkcə Bakı, Abşeron və Sumqayıtdan deyil, bölgələrdən və Naxçıvan Muxtar Respublikasından da sifariş vermək mümkün olacaq.

“Tərcümə Mərkəzinin kitabları” seriyasından işıq üzü görən nəşrləri “Akadem Kitab” kitab mağazası, Bakı Kitab Klubu, “Akademiya” kitab mərkəzi, Kitab.Az mağazasından da əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR