Türkiyədə polis avtomobili atəşə tutulub, yaralanan var

Türkiyədə polis avtomobili atəşə tutulub, yaralanan var
# 12 iyul 2016 02:34 (UTC +04:00)

Bakı-APA. Türkiyədə polis avtomobilinin atəşə tutulması nəticəsində 1 asayiş keşikçisi yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, insident Giresun vilayətinin Dereli rayonunda qeydə alınıb.

Atəş açan şəxslər hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılıb, onun həyatına təhlükə olmadığı bildirilir. Cinayətkarların tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, may ayında Giresun vilayətinin Çaldağ qəsəbəsində PKK terrorçuları polis məntəqəsini raket atəşinə tutmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR