Azərbaycanda pul bazasının həcmi avqustun 31-nə 24,2 milyard manat təşkil edib.
"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. İlin əvvəlindən pul bazası 1,8 milyard manat və ya 7,9% artıb.
Təkcə avqust ayında pul bazası təxminən 296 milyon manat və ya 1,2%, illik müqayisədə isə 3,1 milyard manat və ya 14,8% artıb.