Bank Of Baku

Bank sektorunun aktivləri 61 mlrd. manata yaxınlaşıb

Bank sektorunun aktivləri 61 mlrd. manata yaxınlaşıb
# 29 iyul 2026 09:54 (UTC +04:00)

Bu il iyulun 1-i tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 60 milyard 940.4 milyon manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,41% çoxdur.

Həmin dövrə bankların cəmi öhdəlikləri 53 milyard 294.8 milyon manat, balans kapitalı 7 milyard 645.6 milyon manat olub.

Təkcə iyun ayında bankların cəmi aktivləri 3%, cəmi öhdəlikləri 3.3%, balans kapitalı isə 1% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR