Mehdi Səlimzadə Göyçayın icra başçısı təyin olunub

Mehdi Səlimzadə Göyçayın icra başçısı təyin olunub
# 10 iyun 2016 12:22 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Göyçay rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev tutduğu vəzifədən azad olunub.

"APA-Economics" xəbər verir ki, prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Bu vəzifəyə Mehdi Səlimzadə təyin olunub. M. Səlimzadə bunadək Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri olub.



M. Səlimzadə informasiyanı "APA-Economics"ə təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR