Nizami Kino Mərkəzində Əlil və Qocalar Evinin sakinləri üçün film nümayiş olunub

Nizami Kino Mərkəzində Əlil və Qocalar Evinin sakinləri üçün film nümayiş olunub
# 10 noyabr 2015 09:40 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Nizami Kino Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Əlil və Qocalar Evinin sakinləri üçün dövlət sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılan “Axırıncı dayanacaq” bədii filminin nümayişini keçirib.

Mərkəzdən APA-ya verilən məlumata görə, İlqar Fəhminin ssenarisi əsasında rejissor Fikrət Əliyevin ironik komediya janrında çəkdiyi film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir.

Filmin quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı İbrahim Xəlil Əminov, icraçı prodüseri Ülvi Qasımovdur.

Rollarda xalq artistləri Fuad Poladov, Zemfira Nərimanova, Ağaxan Salmanlı, Tariyel Qasımov, Arif Quliyev, əməkdar artistlər Zemfira Sadıxova, Tofiq Hüseynov və başqaları çəkiliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR