İran prezidentinə ölkə vilayətlərindən 32 milyon məktub gəlib

İran prezidentinə ölkə vilayətlərindən 32 milyon məktub gəlib
# 24 yanvar 2013 16:50 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejada ölkə vilayətlərindən 32 milyon məktub ünvanlanıb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İran Prezident Administrasiyasının vətəndaşlarla əlaqələr komitəsinin sədri Murtəza Quruqi açıqlama verib.

Onun sözlərinə görə, məktublar İran prezidentinin vilayətlərə səfərləri zamanı verilib: “Ölkə vətəndaşları göndərdikləri məktublarda əsasən mənzil, kredit, səhiyyə və işsizlik kimi problemlərdən yazıblar. Bu məktubların yalnız 70%-i baxılması üçün qəbul edilib. Qalan 30%-i isə əhəmiyyətsiz hesab edildiyi üçün baxılmayacaq”.

M.Quruqi həmçinin deyib ki, Zəncan vilayətindən daxil olan məktubların 70%-nə artıq baxılıb və lazımi tədbirlər görülüb: “Bu isə Zəncan vilayətinin sakinlərinin SAMED-dən, yəni dövlət-vətəndaş münasibətlərini tənzimləyən elektron sistemdən daha çox istifadə edə bilmələri nəticəsində mümkün olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR